Sahib Alıyev Millət vəkili
"Vaşinqton bataqlığı"ndakılar üzərində Azərbaycanın qələbəsi

Son iki gündə ABŞ paytaxında baş verənlər və verəcəklər əslində oradakı daşnak yığnağı-ANCA ilə sıx əməkdaşlıq edən "Vaşinqton bataqlığı"ndakılar, eləcə də o bataqlıqdakılara öz "narrativ"lərini sırımağı bacaranlar üzərində Azərbaycanın qələbəsidir.

09.08.2025
Rusiya hərbi kontingentinin Ayvazovskiyə, eləcə də digərlərinə Qarabağda büst qoymaq mandatı vardımı?

Xankəndində Ayvazovskiyə qoyulan büstün sökülməsi ilə bağlı Rusiyada qaldırılan hay-həşir və bura hətta Mixail Şvıdkoy kimi birinin də cəlb edilməsi növbəti dəfə sözü gedən dövlətin mahiyyətini ortaya qoyur. Və mümkündür ki, indiyədək Ermənistanın sərgilədiyi davranışın, yalanları göz deşə-deşə özünü haqqı tapdanan, incidilən, qısnanan kimi təqdim etməsinin də arxasında elə həm də onu forpostuna çevirən dayanırmış.

04.08.2025
Əli Kərimli Kremldəkilərə baş verənləri öz maraqlarına uyğun şəkildə təqdim etmək üçün pas ötürür

ABŞ Prezidenti Donald Trampın də dəfələrlə qeyd etdiyi kimi "fake news"in qaynaqlarından və "qaymaq"larından biri olan "The New York Times" a veridyi açıqlamada həmən nəşrdən saxtakarlıq baxımından heç də fərqlənməyən Əli Kərimli sərnişin təyyarəmizin vurulduğu vaxtdan üzü bəri dövlətimizin Rusiyanın imperiya sindromundan qurtula bilməyən şovinist çevrələrinə yanaşmada yeritdiyi siyasəti, həmən ölkənin güc strukturlarının Yekaterinburuqda soydaşlarımızla vəhçicəsinə davaranışlarını cavabsız qoymamasını bilirsiniz necə qiymətləndirir?

08.07.2025
Zaman birləşmək, problemləri birgə çözmək, çağırışların öhdəsindən çiyin-çiyinə gəlmək zamanıdır

Azərbaycan və Özbəkistanın dövlət başçılarının bugünkü birgə bəyanatları ondan xəbər verir ki, hər iki qardaş və müttəfiq ölkə arasında əlaqələr daha da dərinləşəcək. Hazırda Azərbaycanda aşağıdan tutmuş ən yüksək səviyyəyədək Özbəkistana ayrıca bir yanaşma var ki, bunu cənab Mirziyoyev də qeyd etdi. Açığı, biz qarşı tərəfdən də həmişə eyni istiliyi və doğmalığı görmüşük, görürük.

03.07.2025
Kremldə SSRİ-nin çöküşünün necə baş verdiyini görünür unudublar

Kremldə böyük ürək ağrısıyla "geosiyasi fəlakət" adlandırdıqları olayın, yəni SSRİ-nin çöküşünün necə baş verdiyini görünür unudublar.

02.07.2025
Ermənistan sülh istəyirsə, soydaşlarımızın öz el-obalarına dönmələrinə maneçilik törətməməlidir

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ombudsmanların Bakıda keçirilən Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində "keçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan – Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalması" faktına da diqqət yetirilməli olduğunu vurğulaması hayları yenə narahat edib.

20.06.2025
Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var

Sosial şəbəkədə İsrail-İran qarşıdurması haqda hayların mövqelərini izləyirəm. Sosial şəbəkənin hay seqmentində İrana Ermənistan mediasındakından daha açıq dəstək var və ikinci Qarabağ savaşı zamanı Artsrun Hovannisyanın "taktiki geriçəkilmə"sindən betər sarsaqlamalarla doludur.

18.06.2025
Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla, Vilayətinin Zəngəzur dəhlizi açıqlaması prinsipcə eyni mahiyyətdir

Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağı "mübahisəli ərazi" adlandırmasıyla İranın əsas rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi haqqındakı açıqlaması prinsipcə eyni mahiyyətlidirlər.

11.06.2025
Paşinyana Azərbaycandan arzuladığı davranışı görmək istəyirsə dövlətimizin irəli sürdüyü iki tələbi yerinə yetirməlidir

Paşinyanın Qurban Bayramı ilə bağlı təbriki ilk növbədə gələn il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkisi ilə əlaqədardır.

10.06.2025
Bütün uğurlarımızın kökündə Ulu Öndərin neft-qaz strategiyası durur

Keçən həftənin məncə, bizim üçün ən mühüm hadisəsi iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi idi. "Müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi.

10.06.2025
Azərbaycanda dost İsrailə yanaşma romantizmə yox, reallığa söykənir

İsrailin səlahiyyət müddəti yayda başa çatacaq Azərbaycandakı səfiri Corc Dik "The Yerusalem Post" qəzetinə verdiyi açıqlamada soydaşlarımızın 80 faizinin ölkəsinə dost gözü ilə baxdığını açıqlayıb.

27.05.2025