İran rəsmiləri macərəpərəstlikləri, provokativ fəaliyyətləri və region ölkələrinin daxili işlərinə açıq müdaxilə ilə müharibəyə səbəb olublar.
AzadlıqRadiosunun Radio Fərda xidməti yazır ki, bu bəyanatı İranın Evin həbsxanasından siyasi məhbus Əbulfəzl Qadiani yayıb.
“Müharibəyə səbəb olub və olan Əli Xameneinin rəhbərlik etdiyi İslam Respublikasının korrupsioner liderləri regiondakı ölkələrlə düşmənçilik strategiyası vasitəsilə onları İrana qarşı birləşdirərək, onu yalnız qoymasıdır” - deyə o bildirib.
Qadiani ABŞ,İsrail-İran müharibəsinin səbəblərinin hazırkı müharibənin özündən daha vacib olduğunu deyib:
“Müharibənin səbəbi korrupsiya və fəqihlərin hakimiyyətinə əsaslanan dini hökumətin korrupsiyasıdır... o özü heç vaxt sağalmayan və sağalmayacaq xərçəng şişi nümunəsidir”.
İrandakı hakimiyyəti əhalinin bütün etiraz hərəkatlarını boğmaqda ittiham edən siyasi məhbus İslam Respublikasının hazırkı millətçi çağırışlarını utancverici adlandırıb:
“Onların hazırkı ritorikası budur ki, ya İranı biz idarə edəcəyik, ya da biz onu Trampın və Netanyahunun əliylə dağıtmaqla oda atacağıq, onun yanmış torpağa çevirəcəyik”.
Dini rejimin savaşdan öncə ona mane olmaq şansının olduğunu deyən Qadiani indi İranın yekun dağılmasının önləmənin yeganə yolunun rejim dəyişikliyi ilə bağlı referendumun keçirilməsi olduğunu söyləyib:
“Bu sistemin çöküşü dəqiqdir və İran xalqının böyük əksəriyiyətinin bu qatil sistemə səbr etməsi mümkünsüzdür”.
Əbülfəzl Qadiani İrandakı dini rejimin əsas əleyhdarlarından sayılır. O, 2012-ci ildən həbsdədir və Xameneinin İranda ən böyük tənqidçilərindən hesab olunur.
visiontv.az