Kərəcin Kamalşəhr bölgəsinin cümə imamı Mahmud Nurpur, Kermanşahın sünni mollası Əbdürrəhman Muradi və Təbrizin müvəqqəti cümə imamı İsmayıl Roşəntən, Tehranın Şəhre-Qods şəhərinin mollası Həmzə Məhəmmədi də Azərbaycan məktəblərində geyim qaydaları ilə bağlı qərara qarşı yersiz fikir bildiriblər.
Hökumət mollalarının İranın keçmiş şah rejimləri ilə müasir Azərbaycan dövlətini və onun rəhbərliyini müqayisə etməsi savadsız və absurd yanaşmadır. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək torpaqlarını işğaldan azad etmiş, regionda zəfər qazanmış müstəqil bir dövlətdir.
Din adından istifadə edərək dövlət rəhbərini "məğlubiyyətlə" təhdid etmək siyasi etikadan uzaqdır.
Azərbaycan Respublikası öz vətəndaşlarının dini əqidə azadlığını təmin edir, lakin eyni zamanda radikalizmin, xarici dini təsir şəbəkələrinin və dövlətçiliyə qarşı yönəlmiş hər cür müdaxilənin qarşısını qətiyyətlə almaq əzmindədir. Cümə imamlarının bu bəyanatı heç bir real əsası olmayan, qərəzli və diplomatik etikaya zidd şantaj cəhdindən başqa bir şey deyil.
visiontv.az