USS Abraham Lincoln İran blokadasını Ərəb dənizində icra edir
12.05.2026

USS Abraham Lincoln aviadaşıyıcısı Ərəb dənizində əməliyyatlarını davam etdirir və İran əleyhinə tətbiq olunan ABŞ blokadasının icrasında iştirak edir.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un X platformasında paylaşdığı məlumata görə, ABŞ qüvvələri blokada başlayandan bəri 65 kommersiya gəmisinin istiqamətini dəyişdirib və 4 gəmini isə istifadəyə yararsız hala salıb.

İran limanlarına qarşı ABŞ blokadası İran, İsrail və ABŞ arasında baş vermiş müharibədən sonra aprel ayında başlayıb. Hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir.

visiontv.az