ABŞ İran müharibəsi fonunda neft ehtiyatlarından satış üçün 53,3 milyon barel neft çıxarıb
12.05.2026

ABŞ Energetika Nazirliyi bildirib ki, İranla müharibə fonunda qiymətləri sabit saxlamaq məqsədilə Strateji Neft Ehtiyatından enerji şirkətlərinə borc olaraq 53,3 milyon barel neft ayrılıb.

Bu addım ABŞ-ın qlobal bazara əlavə 172 milyon barel neft çıxarmaq öhdəliyinin bir hissəsidir.

Sözügedən öhdəlik mart ayında Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü çərçivəsində 30-dan çox ölkənin iştirakı ilə elan olunmuşdu. Təşəbbüsün məqsədi dünya bazarına təxminən 400 milyon barel əlavə neft çıxarmaqdır.

visiontv.az