Gunaz TV-nin məlumatına görə, ABŞ prezidenti Donald Tramp mayın 12-də İranın müharibəni dayandırmaq üçün ABŞ-a təqdim etdiyi təklifə yenidən sərt reaksiya verərək onu “zəif” və “tamamilə qəbuledilməz” adlandırıb.
Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib: “Axmaqlar bunu qəbul etmək istəmədilər. Düşünürdülər ki, mən yorulacağam, amma heç bir təzyiq yoxdur. Biz tam qələbəyə çatacağıq.”
O, İranın yeni təklifi barədə də bildirib: “Gördüyüm ən zəif cavab idi. Hətta onu sona qədər oxumadım.”
ABŞ prezidenti mövcud atəşkəsin kövrək olduğunu deyərək xəbərdarlıq edib ki, hərbi əməliyyatlar yenidən başlasa, hücumlar “daha da şiddətli” olacaq.
Tramp həmçinin ABŞ hökumətinin Hörmüz boğazının yenidən açılması üçün “Azadlıq layihəsi” adlı planı nəzərdən keçirdiyini bildirib və bunun daha geniş hərbi əməliyyatın bir hissəsi ola biləcəyini deyib.
O, çıxışının başqa hissəsində İranın zədələnmiş nüvə obyektlərinin altında qalan zənginləşdirilmiş uran ehtiyatlarını çıxarmaq imkanının olmadığını iddia edib və yalnız ABŞ ilə Çinin bunu edə biləcəyini söyləyib.
Tramp bir daha kürd qruplarını da ittiham edərək ABŞ tərəfindən göndərilən silahların İran etirazçılarına çatdırılmadığını bildirib.
visiontv.az