Ümid edirəm ki, İran hökuməti yürütdüyü uğursuz siyasətə yenidən baxaraq, gərginliyi azaltmaq və qonşuları ilə münasibətləri yaxşılaşdırmaq yolunu seçəcək, qeyri-sabitliyi qızışdırmağa və terrorizmi dəstəkləməyə son qoyacaq.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
"Mən İslam Respublikası liderlərinin yerində olsaydım, son on ildə terrorizmə və regionda qeyri-sabitliyə dəstək məqsədi daşıyan hərəkətləri uğursuz strategiya kimi dəyərləndirərdim",- o əlavə edib.
Miller əlavə deyib ki, Tehran proki qrupları dəstəkləməklə İsraili sərhədlərindən kənarda təhdid etmək, bu ölkənin daxilində dinc əhaliyə qarşı dəfələrlə terror aktları həyata keçirmək və eyni halda regionda digər ölkələrə qarşı terror hücumları etmək strategiyasını həyata keçirib.
O, İranın nüvə proqramının inkişafı və Tehranın nüvə silahı əldə etmək cəhdləri barədəki ehtimallara da toxunub:
"Əgər İran başqa bir nüvə siyasəti apararsa, bundan əvvəl də açıq şəkildə bildirdiyimiz kimi bir daha bəyan edirəm ki, Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik".
visiontv.az