Biz Suriyadakı kürd nümunəsini gördük...
09.03.2026

"Kürd qrupları Birləşmiş Ştatlardan siyasi tanınma ilə bağlı zəmanət almadan İrana hücuma başlamayacaqlar.

Bunu AzadlıqRadiosuna kürdlər haqda yazan hollandiyalı jurnalist Vladimir van Vilqenburq bildirib. "Kürd qruplarının İran ilə öz problemləri var, amma onlar hər şeyi itirəcəkləri konfliktə girib risk etmək istəmirlər. Tarix bunu təsdiqləyir. Mahabad Respublikası (1945-1946) sovet dəstəyinin çəkilməsindən sonra dağıldı, 1979-cu il inqilabından sonra isə Xomeyni kürdlərin öz ərazilərinə nəzarəti ələ almasına cavab olaraq onlara qarşı əməliyyata başladı. Onlar Tehrandakı yeni mərkəzi hökumətin belə davranacağından qorxurlar. İraqdakı kürd regionuna bənzər federativ dövlət olmaqla bağlı zəmanət istəyirlər", - deyə o, fikrini əsaslandırır. Ekspertin müşahidələrinə görə, İrandakı kürdlər həmişə tarixən muxtariyyətə meylli olublar: "Onları müstəqil kürd dövləti maraqlandırmır. Demokratik və dünyəvi federativ İran, habelə İran kürdləri üçün muxtariyyət istəyirlər..."

visiontv.az