Rusiya son 24 saat ərzində Ukraynanın 754 təyyarə tipli pilotsuz uçuş aparatını vurub. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu xüsusi hərbi əməliyyat (Ukrayna müharibəsi-red) sutka ərzində vurulan dronların sayına görə rekord göstərici hesab olunur. Bundan əvvəl, 2025-ci ilin may ayında Rusiya sutka ərzində 524 Ukrayna PUA-sını vurduğunu açıqlamışdı.
Bundan başqa, Rusiya MN Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən enerji infrastrukturu obyektlərinə, eləcə də Ukrayna hücum dronları üçün təlim və buraxılış məntəqələrinə zərbələr endirdiyini açıqlayıb.
visiontv.az