Türkmənistanda qadınlar yalnız 50 yaşdan sonra sürücülük vəsiqəsi ala bilər
12.11.2026

Türkmənistanın bəzi bölgələrində sürücülük vəsiqəsi almaq istəyən qadınlara bu hüququ əldə etmək üçün imtahana yalnız 50 yaşına çatdıqdan sonra girə biləcəkləri deyilir.

AzadlıqRadiosunun türkmən xidmətinin (Azatlıq) həmsöhbətlərinin sözlərinə görə, vəsiqəni daha tez əldə etmək üçün 10 min dollaradək rüşvət tələb olunur.

Mənbələr bildirirlər ki, sürücülük kurslarını bitirən qadınlar imtahanlara buraxılmırlar.

"40 yaşım var. Təlim keçmişəm və kursu bitirməyim barədə arayış almışam, amma sürücülük vəsiqəsi üçün imtahana buraxılmadım. Səbəbini soruşanda dedilər ki, "50 yaşınız tamam olandan sonra gəlin, onda imtahan verə bilərsiniz"", – Ahal vilayətinin sakini bildirib.

visiontv.az