Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
12.11.2026

Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfər edəcək.

Bunu Monteneqro Prezidenti Yakov Milatoviç  Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda bizim komandaların – mənim ofisimlə  Azərbaycanın Prezident  Administrasiyası arasında müzakirələr aparılır. Hazırda səfərin tarixi ilə bağlı danışıqlar aparırıq. Düşünürəm ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün gələ bilərəm və hazırda səfərin vaxtını həmin tədbirlə uzlaşdırmağa çalışırıq”, - deyə o, qeyd edib.

visiontv.az