Pezeşkianın təşəbbüsü paniranist dairələrdə təşviş yaradıb
12.11.2026

İran prezidenti Məsud Pezeşkianın ana dilində tədrislə bağlı layihəni yenidən gündəmə gətirməsi paniranist dairələrin etirazı ilə qarşılanıb.

Azərbaycan əleyhinə çıxışları və İranın sərt xətt tərəfdarlarına yaxınlığı ilə tanınan Əli Əkbər Raefipur “X” hesabında məsələ ilə bağlı paylaşım edib. O, hökumətin ana dilində tədris planını İranın federallaşdırılması istiqamətində “çox təhlükəli addım” adlandırıb.

Raefipur parlament deputatlarını da bu məsələyə münasibət bildirməməkdə ittiham edib və onların susqunluğunun səbəbini sorğulayıb. O, eləcə də Pezeşkianın hətta Həsən Ruhani hökumətinin belə təsəvvür etmədiyi addımları sürətlə həyata keçirdiyini iddia edib.

Paniranist fəal İranın ərazi bütövlüyünü şübhə altına alan istənilən addıma qarşı susmayacağını da bəyan edib.

visiontv.az