İran SEPAH komandirini İraqa yeni səfir təyin etməyə hazırlaşır
12.11.2026

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Əbdürrza Misgərianın İranın İraqdakı yeni səfiri təyin olunacağı bildirilir.

Məlumata görə, Misgərian 2022-ci ilin may ayından Bağdadda İranın diplomatik missiyasına rəhbərlik edən Əl-Sadiqi əvəz edəcək. O, vəzifəsinin icrasına gələn ilin əvvəlində başlayacaq və diplomatik fəaliyyətini öz əsl adı olan Əbdürrza Noubəxt adı ilə həyata keçirəcək.

Əbdürrza Misgərian kürd əsilli yüksək rütbəli İran zabitidir. O, Tehranın Bağdad və Ərbillə münasibətlərində mühüm rol oynayıb. SEPAH-ın elit bölmələrindən birinə rəhbərlik edən Misgərianın İraq məsələlərində iştirakı İran-İraq müharibəsi dövrünə, 1984-cü ilə təsadüf edir.

visiontv.az