Türkiyənin Bartın vilayətində sərnişin avtobusunun aşması nəticəsində ilkin məlumata görə 39 nəfər yaralanıb.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Bartın-Zonquldağ magistralının Akçamescit səmtində sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
Hadisə yerinə polis, təcili yardım, AFAD və yanğınsöndürmə qrupları cəlb edilib.
Yaralılar təcili olaraq Bartın Dövlət Xəstəxanasına yerləşdirlib.
İlahə Əliyeva
Təbriz Ticarət Palatasının rəhbəri vilayətin enerji çatışmazlığı ilə üzləşdiyini bildirib