Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb
26.04.2024

Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının "Telegram" hesabında məlumat veririlib.

"Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub. Hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək", məlumatda qeyd olunub.

visiontv.az