Kərəc və Saqqız şəhərlərində 4 məhkum edam edilib
26.04.2024

İranın Kərəc həbsxanasında 3, Saqqız şəhərinin həbsxanasında isə 1 məhkumun edam hökmü icra edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məhkumlar adam öldürmək və narkotik maddələrin qanunsuz alverində günahlandırılıblar.

Kərəcdə edam edilənlərdən birinin qadın olduğu bildirilib.

Qeyd edək ki,  2023-cü ildə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

visiontv.az