Türkiyə “Qəfəs-40” əməliyyatlarında 24 şübhəli saxlanılıb
15.02.2024

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya İstanbulda eyni vaxtda keçirilən “Qəfəs-40” əməliyyatlarında 3 mütəşəkkil cinayətkar dəstənin məhv edildiyini, onların rəhbərləri də daxil olmaqla 24 şübhəlinin saxlanıldığını bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, “Cinayət törətmək, qəsdən adam öldürmə, qəsdən yaralama, yağmalama, silahla hədələmə, əmlaka ziyan vurma, iş yerlərində, yaşayış yerlərində və nəqliyyat vasitələrində atəş açmaq, haqsız müavinət əldə etmək kimi cinayətlərə qarşı "Qəfəs-40" əməliyyatlarının həyata keçirildiyini qeyd edib.  

İlahə Əliyeva