Adında “R” hərfi olmayan aylar may, iyun, iyul və avqust həm ekoloji, həm də qida təhlükəsizliyi baxımından balıq istehlakı üçün riskli sayılır. Birincisi, bu dövrdə bir çox balıq növləri kürüləmə mərhələsinə daxil olur. Hormonal dəyişikliklər nəticəsində balığın əti daha yumşaq və keyfiyyətsiz olur, həmçinin ovlanması populyasiyanın qorunması baxımından ekosistemi zədələyir.
Bu gələcəkdə bir çox balıq növlərinin nəslinin kəsilməsinə səbəb ola bilər. İkincisi, yay aylarında su və hava temperaturunun yüksəlməsi balıq ətində bakteriya çoxalmasını sürətləndirir. Bu, xüsusilə histamin yığılması ilə xarakterik olan skombroid zəhərlənməsi riskini artırır. Histamin termostabildir və bişirmə ilə belə məhv olmur. Soyuq zəncir qırıldığı zaman balıq bir neçə saat ərzində təhlükəli səviyyədə toksin toplaya bilər. Buna görə ənənəvi olaraq isti aylarda balıq yeməmək həm bioloji dövrlərin, həm də mikrobioloji təhlükələrin qarşısını almaq üçün formalaşmış praktik-elmi xalq davranışıdır.
Neandertal
visiontv.az