Kallas: Aİ Ukraynaya real təhlükəsizlik zəmanətləri təklif etməyə borcludur
15.12.2025

Əgər Ukraynanın NATO-ya üzvlüyü məsələsi artıq gündəmdə deyilsə, Avropa İttifaqı (Aİ) Ukraynaya real təhlükəsizlik zəmanətləri təklif etməyə borcludur.

Visiontv.az APA-ya istinadən xəbər veriri ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü ərəfəsində bildirib.

“Son 100 il ərzində Rusiya azı 19 ölkəyə hücum edib, bəzilərinə isə üç-dörd dəfə. Bu ölkələrin heç biri Rusiyaya hücum etməyib. Ona görə də onun heç bir təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur. Təhlükəsizlik zəmanətləri isə hamıdan çox digərlərinə lazımdır”, – Kallas vurğulayıb.