"Oskar" mükafatı üçün 25 favorit film...
15.12.2025

Kino mükafatları mövsümü başlayanda Hollivud ulduzları bir-bir müxtəlif mükafat mərasimlərində iştirak etməyə hazırlaşırlar.

Favoritlər arasında "Mighty Marty", "Hamnet" və "Pislik 2" filmləri var və bu il "Oskar" uğrunda mübarizənin gərgin olacağı gözlənilir.

Mövsümün ilk mühüm mərhələsi sayılan "Qızıl Qlobus" nominasiyaları filmlərin hansılarının il ərzində uğur qazanacağı barədə bir qədər təsəvvür yaradacaq.

Daha sonra estafeti BAFTA və yaxınlarda adını dəyişmiş SAG-AFTRA aktyor mükafatı (əvvəllər ABŞ Kinoaktyorları Gildiyası Mükafatı) davam etdirəcək və mövsüm 15 martda keçiriləcək "Oskar" mükafatı təqdimatı ilə başa çatacaq.

Bu ilin favoritlərinin çoxu Kann, Venesiya və Tellurayd festivallarında nümayiş etdirilib, lakin "Avatar 3: Alov və Kül" də daxil olmaqla bir neçə çox gözlənilən film hələ də premyera ərəfəsindədir. 

"Dinamid evi" (A House of Dynamite)

"Dinamid evi" (A House of Dynamite)

ŞƏKLİN MƏNBƏYİ,NETFLIX

Çikaqo istiqamətinə balistik raket göndərilir. Hökumət və xüsusi xidmət orqanları fəlakətin qarşısını almaq üçün zamanla yarışa girirlər.

Trillerin hadisələri tamaşaçıya üç fərqli qəhrəmanın gözü ilə göstərilir.

Filmin rejissoru Kathryn Bigelow-dur, baş rollarda Idris Elba və Rebecca Ferguson çəkiliblər.

Hazırda "Dinamid evi" filmini Netflix platformasında izləmək mümkündür.

"Ovdan sonra" (After The Hunt)

"Ovdan sonra" (After The Hunt)

ŞƏKLİN MƏNBƏYİ,SONY PICTURES CLASSICS

Tələbəlik edən istedadlı bir qızın professoru zorlamada ittiham etməsi başqa bir müəllimi çətin bir seçim qarşısında qoyur.

Julia Roberts, Ayo Edebiri və Andrew Garfield-in baş rollarda olduğu psixoloji trillerin rejissoru Luca Guadagnino-dur.

Filmi Amazon Prime platformasında izləmək olar.

"Avatar 3: Alov və kül" (Avatar 3. Flame and Ash)

"Avatar 3: Alov və kül" (Avatar 3. Flame and Ash)

ŞƏKLİN MƏNBƏYİ,20TH CENTURY STUDIOS

James Cameron-un uğurlu elmi-fantastik seriyasının üçüncü filmində Na'vi xalqı yeni, döyüşkən bir tayfa ilə üz-üzə gəlir.

Rollarda Sam Worthington və Zoe Saldana oynayırlar.

Filmin dünya premyerası kinoteatrlarda dekabrın 19-da baş tutacaq.

Filn Azərbaycan kinoteatrlarında da nümayiş ediləcək.

"Mavi Ay" (Blue Moon)

"Mavi Ay" (Blue Moon)

ŞƏKLİN MƏNBƏYİ,SONY PICTURES CLASSICS

Ethan Hawke Lorenz Hart-ı alkoqolizmlə mübarizə aparan və "Oklahoma!" müziklinin premyerası ərəfəsində ciddi mənəvi böhran keçirən istedadlı mahnı müəllifini canlandırır.

Bu film Richard Linklater-in bu mövsüm mükafatlara iddialı olan iki filmindən biridir.

Film ABŞ-da oktyabr ayında geniş kinoprokatda nümayiş etdirilib.

Avropanın müxtəlif ölkələrində isə müxtəlif tarixlərdə göstərilir. Böyük Britaniyada nümayiş noyabrın 28-də başlayıb.

"Buqoniya" (Bugonia)

"Buqoniya" (Bugonia)

ŞƏKLİN MƏNBƏYİ,UNIVERSAL

İki gənc "konspirasiya nəzəriyyəçisi" böyük bir farmasevtik şirkətin baş direktorunu oğurlamağa qərar verir, çünki əmindirlər ki, o, əslində yadplanetlidir.

Filmin rejissoru Yorgos Lanthimos tamaşaçılara yenidən Jesse Plemons və Emma Stone-nin duetini təqdim edir.

Film Avropada oktyabrın sonunda nümayişə çıxıb və noyabr ayı boyunca kinoteatrlarda göstərilməyə davam edəcək.

"Kristi" (Christy)

"Kristi" (Christy)

ŞƏKLİN MƏNBƏYİ,BLACK BEAR

Film boksçu Kristi Martin haqqında real hekayəyə əsaslanır. O, 1990-cı illərdə karyerasının sürətli yüksəlişini və 2010-cu ildə ərinin onu öldürməyə cəhd etməsi ilə bağlı hadisələri əks etdirir.

ABŞ-da film 7 noyabrda nümayişə çıxıb. Böyük Britaniya və İrlandiya kinoteatrlarında 28 noyabrdan etibarən göstərilməyə başlayacaq.

Avropanın digər ölkələrində premyera çox güman ki, daha gec olacaq.

"Öl, mənim sevgim" (Die My Love)

"Öl, mənim sevgim" (Die My Love)

ŞƏKLİN MƏNBƏYİ,MUBI

Gənc cütlük sakit bir kənd evinə köçür və uşaq sahibi olur, lakin məişət problemlərinin təzyiqi altında ananın psixi sağlamlığı pisləşir.

"Öl, mənim sevgim" filmi 7 noyabrda dünya prokatına çıxıb və hazırda Avropa və ABŞ-ın bir çox kinoteatrlarında nümayiş etdirilir.

Rusiyada film 27 noyabrdan etibarən kinoteatrlarda göstərilir.

"F1"

 «F1»,

ŞƏKLİN MƏNBƏYİ,WARNER BROS

Keçmiş bir yarışçının, karyerasını, demək olar ki, bitirən qəza­dan 30 il sonra traslara qayıtması haqqındakı bu hekayə bir neçə texniki nominasiya əldə etmək şansına malikdir.

Baş rolda Bred Pitt, rejissor -Cozef Kosinskidir.

Filmi Apple TV tətbiqi vasitəsilə icarəyə götürərək və ya Amazon Prime-da izləmək olar.

12 dekabrdan etibarən isə Apple TV+ abunəçiləri üçün əlçatan olacaq.

"Frankenştayn" (Frankenstein)

"Frankenştayn" (Frankenstein)

ŞƏKLİN MƏNBƏYİ,NETFLIX

Dəli bir alim ölü bədən hissələrindən yığılmış bir varlığı dirildir, lakin nəticədən dəhşətə gələrək ondan imtina edir.

Gilyermo del Toro yazıçı Meri Şellinin 1818-ci ildə yazılmış romanının yeni ekran versiyasını təqdim edir. Baş rollarda Oskar Ayzek və Ceykob Elordi çıxış edirlər.

Filmi Netflix platformasında izləmək mümkündür.

"Hamnet" (Hamnet)

"Hamnet" (Hamnet)

ŞƏKLİN MƏNBƏYİ,UNIVERSAL

Hadisələr 1596-cı ildə baş verir və süjet Maqqi O'Farrellin romanı əsasında qurulub. 11 yaşlı Hamnet öldükdən sonra anası dərin kədərə qərq olur, atası Uilyam Şekspir isə itki ilə mübarizə aparmaq üçün bir pyes yazır.

Rejissor - Xloya Çjao, baş rollarda Cessi Bakli və Pol Meskal.

ABŞ-da "Hamnet" 12 dekabrda geniş prokata çıxacaq. Böyük Britaniya və İrlandiyada premyera 9 yanvar 2026-cı ildə baş tutacaq.

Avropanın digər ölkələrində dəqiq tarixlər hələ açıqlanmayıb.

"Bu şey işləyir?" (Is This Thing On?)

"Bu şey işləyir?" (Is This Thing On?)

ŞƏKLİN MƏNBƏYİ,SEARCHLIGHT

Bir kişi boşanma ilə mübarizə aparmaq üçün stand-up komediya ilə məşğul olmağa qərar verir. Bredli Kuperin, britaniyalı komediyaçı Con Bişopun həyat hekayəsindən ilhamlanaraq çəkdiyi filmdə baş rolları Uill Arnett və Lora Dern canlandırırlar.

ABŞ kinoteatrlarında film 19 dekabrda nümayiş olunacaq, digər ölkələrdə isə yalnız gələn il göstəriləcək.

"Sadə təsadüf" (It Was Just An Accident)

"Sadə təsadüf" (It Was Just An Accident)

ŞƏKLİN MƏNBƏYİ,LES FILMS PELLEAS

Bir kişi avtoservisdə təsadüfən İranda ona həbsdə işgəncə verən keçmiş kəşfiyyatçı ilə rastlaşır və çarəsiz bir intiqama qərar verir.

Kann Film Festivalının baş mükafatını qazanmış bu filmin rejissoru iranlı Cəfər Pənahidir.

Film dünya prokatına oktyabr ayında çıxıb, lakin nümayiş tarixləri ölkəyə görə dəyişir.

Filmi Amazon Prime-da izləmək olar.

"Cey Kelli" (Jay Kelly)

"Cey Kelli" (Jay Kelly)

ŞƏKLİN MƏNBƏYİ,NETFLIX

Baş qəhrəman 60 yaşını keçmiş məşhur aktyordur.

O, karyerasına görə itirdiyi ailə həyatını xatırlayır və işindən ayrılaraq qızları ilə vaxt keçirmək üçün Avropaya yollanır.

Noa Baumbaxın filmində Corc Kluni və Adam Sandler rol alıblar.

Jay Kelly-ni Netflix-də izləmək mümkündür.

"K-pop şeytan ovçuları" (KPop Demon Hunters)

"K-pop — şeytan ovçuları" (Kpop Demon Hunters)

ŞƏKLİN MƏNBƏYİ,NETFLIX

Çox məşhur bir qız qrupu üzvləri əslində iblis olan rəqib oğlan qrupundan pərəstişkarlarını qoruyur.

Rejissorları Maggie Kang və Chris Appelhansdır.

Hazırda "K-pop- şeytan ovçuları" filmini Netflix platformasında izləmək olar.

"Marty Büyük" (Marty Supreme)

"Marty Büyük" (Marty Supreme)

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

1950-ci illərin Nyu-Yorkunda stolüstü tennis oyunçusu Marti Reysman öz ətrafındakıların ciddi qəbul etmədiyi bir arzusunun ardınca gedərək məşhurluq qazanır.

Rejissor Coş Safdidir, baş rolda Timoti Şalamet oynayır.

ABŞ-da filmin çıxışı 25 dekabr üçün planlaşdırılıb, Avropa kinoteatrlarında isə onu gələn il görmək mümkün olacaq.

"Döyüşdən sonra döyüş" (One Battle After Another)

"Döyüşdən sonra döyüş" (One Battle After Another).

ŞƏKLİN MƏNBƏYİ,WARNER BROS

Qızı qaçırıldıqdan sonra ata onu tapmaq üçün köhnə inqilabçılar qrupuna qoşulur.

Rejissor Pol Tomas Anderson, baş rollarda Leonardo DiKaprio və Çeyz İnfinitti.

Hazırda "Döyüşdən sonra döyüş" filmini Amazon Prime və Apple TV də daxil olmaqla bir neçə platformada izləmək olur.

"Gizli agent" (The Secret Agent)

"Gizli agent" (The Secret Agent)

ŞƏKLİN MƏNBƏYİ,VICTOR JUCA

Texnologiya üzrə mütəxəssis 1977-ci ildə Braziliyada hərbi diktaturadan qaçır və doğma şəhəri Resifidə sığınacaq tapmağa çalışır, lakin artıq onun izinə killerlər düşüblər.

Baş rolda Va qner Moura, rejissor Kleber Mendonsa Filho.

Film ABŞ-da 26 noyabrda prokata çıxıb, Böyük Britaniya və İrlandiyada isə 20 fevral 2026-cı ildən etibarən nümayiş olunacaq.

Digər ölkələrdə premyera tarixləri fərqli ola bilər.

"Sentimental dəyər" (Sentimental Value)

"Sentimental dəyər" (Sentimental Value)

ŞƏKLİN MƏNBƏYİ,MUBI

Analarının ölümü iki bacını məşhur isveçli rejissor olan ataları ilə yenidən bir araya gətirir. Ataları kinoya gurultulu qayıdış etməyə hazırlaşır.

Rejissor Yoaxim Trier, rollarda Renate Reinsve, Stellian Skarsqard və El Faninq.

"Sentimental dəyər" artıq Fransa və Norveç də daxil olmaqla Avropanın bir sıra ölkələrində nümayiş olunub.

Rusiyada premyera 20 noyabrda olub və hazırda kinoteatrlarda göstərilir.

"Günahkarlar" (Sinners)

"Günahkarlar" (Sinners)

ŞƏKLİN MƏNBƏYİ,WARNER BROS

1932-ci il, Missisipi deltası. İki əkiz qardaş yeni həyata başlamaq arzusu ilə doğma yerlərinə qayıdırlar, lakin qədim bir şər qüvvə ilə üzləşirlər.

Rejissor Rayan Kukler, baş rollarda Maykl B. Cordan və Delroy Lindo.

"Günahkarlar" filmini ölkədən asılı olaraq, Amazon Prime və ya Apple TV-də izləmək və ya icarəyə götürmək mümkündür.

"Dağıdıcı" (The Smashing Machine)

"Dağıdıcı" (The Smashing Machine)

ŞƏKLİN MƏNBƏYİ,A24

1990-cı illərdə UFC-nin (Ultimate Fighting Championships) populyarlığının zirvəsində döyüşçü Mark Kerr ulduza çevrilir, eyni vaxtda sevgilisi Don Steypls ilə çətin münasibətlər yaşayır.

Rejissor — Benni Safdi, rollarda Dveyin Conson və Emili Blant.

Avropanın əksər ölkələrində, o cümlədən Böyük Britaniyada film oktyabr ayında prokata çıxıb və hələ də kinoteatrlarda nümayiş olunur.

"Kədər mahnısı" (Song Sung Blue)

Song Sung Blue

ŞƏKLİN MƏNBƏYİ,FOCUS FEATURES

İki ifaçı məşhur musiqiçilərin obrazında səhnəyə çıxaraq Nil Daymondun tribyut qrupunu yaradır və bir-birlərinə aşiq olurlar.

Lakin faciəvi bir qəza onların münasibətlərini və arzularını təhlükə altına alır.

Rejissor Kreyq Brüer, rollarda Hyu Cekman və Keyt Hadson.

Filmin Avropada premyerası 1 yanvar 2026-cı ildə olacaq.

"Sprinqstin. Məni məchulluqdan xilas et" (Springsteen: Deliver Me From Nowhere)

"Sprinqstin. Məni məchulluqdan xilas et" (Springsteen: Deliver Me From Nowhere)

ŞƏKLİN MƏNBƏYİ,20TH CENTURY STUDIOS

Gənc Bryus Sprinqstin gələcək hitlərdən imtina edərək minimalizmi və daxili dərinliyi seçir və beləliklə 1982-ci ildə onun "Nebraska" albomu yaranır.

Rejissor — Skott Kuper, rollarda Ceremi Allen Uayt və Ceremi Stronq.

Film oktyabrın sonunda dünya prokatına çıxıb və hələ də kinoteatrlarda göstərilir.

"Qatar yuxuları" (Train Dreams)

"Qatar yuxuları" (Train Dreams)

ŞƏKLİN MƏNBƏYİ,NETFLIX

Amerikalı dəmir yol işçisi evlilikdə və qızının dünyaya gəlməsində xoşbəxtlik tapır, lakin onun uzun və evdən uzaqda keçən səfərlərindən biri zamanı faciə baş verir.

Rejissor Klint Bently, rollarda Coel Edgerton və Felisiti Cons.

Filmi hazırda Netflix-də izləmək mümkündür.

"Silahlar" (Weapons)

"Silahlar" (Weapons)

ŞƏKLİN MƏNBƏYİ,WARNER BROS

Gecə məktəbin siniflərindən birində bütün uşaqlar — bir nəfər istisna olmaqla — müəmmalı şəkildə yoxa çıxanda yerli sakinlər onların qeyb olmasına səbəb olan şəxs və ya qüvvənin nə olduğunu araşdırmağa başlayırlar.

Rejissor Zak Kregger, baş rollarda Coş Brolin, Culiya Garner və Emi Mediqan.

"Silahlar" filmini Amazon Prime və ya Apple TV-də izləmək və ya icarəyə götürmək mümkündür.

"Şər. 2-ci hissə" (Wicked: For Good)

"Şər. 2-ci hissə" (Wicked: For Good)

ŞƏKLİN MƏNBƏYİ,UNIVERSAL

2024-cü ildə ekranlara çıxmış "Şər" filminin davamında Elfaba artıq sürgündə yaşayır, Qlinda isə Ozda qazandığı yeni şöhrət və populyarlığın dadını çıxarır.

Rejissor Con M. Çu, baş rollarda Sintiya Erivo və Ariana Qrande.

Avropada "Şər. 2-ci hissə" filmi 21 noyabr tarixində kinoteatrlarda nümayişə çıxıb.

Steven Mcintosh, BBC

visiontv.az