ABŞ hökumətinin İranla davam edən hərbi qarşıdurma çərçivəsində 79 gün ərzində 85 milyard dollardan çox vəsait xərclədiyi bildirilir.
Məlumat “Iran War Cost Tracker” portalının rəsmi saytında dərc olunub. Layihə müəllifləri bölgəyə göndərilən hərbi gəmilərdə şəxsi heyətin saxlanılması, əməliyyat təminatı və digər çoxsaylı hərbi xərcləri hesablayaraq ümumi məbləği təqdim ediblər.
Hesabata görə, bu göstərici Pentaqonun maliyyə bölməsinin rəhbəri əvəzi Culs Hörst tərəfindən daha əvvəl açıqlanmış 29 milyard dollarlıq məbləği təxminən üç dəfə üstələyir. (Mehr News)
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı.
visiontv.az