İranın yüzlərlə yük maşını sərhəddə qalıb
22.05.2026

20 gündür Türkiyəyə keçmək istəyən 3 min İran yük maşını sərhəddə qalıb.

Bu barədə "Mehr" məlumat yayıb.

"Türkiyə tərəfi İrandan gündə yalnız 250 yük maşını qəbul edir və bu məhdudiyyət, proqram təminatı və aparat problemləri və sərhəddə yerləşən İran təşkilatları arasında koordinasiyanın olmaması səbəbindən uzun növbələr yaradıb. Digər sərhədlərdə də oxşar vəziyyət hökm sürür və yük maşınları yola düşmək üçün 5 ilə 10 gün gözləyirlər.,- məlumatda bildirilib. 

Qeyd olunub ki, İran dəniz blokadasına görə cənub bölgələrindən dəniz yolu ixracat həyata keçirə bilmədiyi üçün, quru yollar vasitəsilə ixracata üstünlük verməsi də, problemin artmasında rol oynayır.

visiontv.az