Tramp İranla müharibənin yenidən başlama ehtimalını istisna etməyib
15.05.2026

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin yenidən başlama ehtimalını istisna etməyib.

 Tramp bu barədə təyyarədə jurnalistlərə açıqlamasında bildirib. 

O, İran ordusunu darmadağın etdiyini iddia edib və yenidən İranda “təmizlik işi” görmək ehtimalının mövcud olduğunu deyib.

Tramp  ABŞ-ın müharibəni digər ölkələrin, xüsusilə də Pakistanın xahişi ilə dayandırdığını qeyd edib.

“Mən bunun tərəfdarı deyildim, amma biz bunu  Pakistana yaxşılıq kimi etdik”, - ABŞ lideri əlavə edib.

visiontv.az