Kibertəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunması üzrə Türk Alyansının yaradılması təklif edilib.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Yeni təhdidlərin qarşısının alınması və türk dünyasında vahid təhlükəsizlik məkanının yaradılması üçün ortaq mexanizmlər hazırlanmalıdır. Bu istiqamətdə kibertəhlükəsizlik və rəqəmsal infrastrukturun qorunması üzrə Türk Alyansının yaradılması təşəbbüsünü irəli sürürük”, - deyə Özbəkistan Prezidenti qeyd edib.
visiontv.az