ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onu İrana zərbə endirməkdən imtina etməyə heç kim razı salmayıb və bu qərarı özü verib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu açıqlamanı Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən verib.
Ərəb dövlətlərinin və İsrailin nümayəndələrinin onu İrana zərbə endirməməyə çağırıb-çağırmadığı ilə bağlı suala cavabında Tramp bildirib ki, “heç kim onu razı salmayıb, o, özü özünü buna inandırıb”.