ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Vaşinqtonla aparılan danışıqlarda razılaşdırılan şərtləri qəbul edərsə, Hörmüz boğazı bütün gəmiçilik üçün açıq qalacaq.
Donald Tramp bu barədə “Truth Social” platformasında yazıb: “İran razılaşdırılanları qəbul etməyə razı olarsa — bu, böyük bir ehtimaldır — artıq məşhur olan ‘Epik Qəzəb’ əməliyyatı sona çatacaq.”
O əlavə edib ki, “yüksək effektiv blokada” Hörmüz boğazının “hamı üçün, o cümlədən İran üçün açıq qalmasına” imkan verəcək.
Tramp həmçinin xəbərdarlıq edib ki, əgər İran razılaşmanı qəbul etməzsə, “bombardman başlayacaq” və hərbi əməliyyatların “daha yüksək səviyyədə və intensivlikdə” həyata keçiriləcəyini bildirib.
visiontv.az