İranın radikal mühafizəkar cəbhəsini təmsil edən millət vəkili Mahmud Nəbəvian İslam Respublikasına dəstək mitinqində çıxış edərək, regionun ərəb dövlətlərinin rəhbərlərini təhdid edərək bildirib ki, İranın ali rəhbərliyi hədəfə alınarsa, onların sarayları təhlükəsizdə olmayacaq.
Parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Mahmud Nəbəvian deyib ki, region ölkələri öz ərazilərindəki hərbi bazaların İrana qarşı istifadə edilməsinin qarşısını almalıdırlar.
“Əgər bizim böyük liderlərimizə qarşı hər hansı hücum həyata keçirilsə, bölgənin ərəb dövlətlərinin heç bir kralı və onların sarayları təhlükəsizlikdə olmayacaq və hamısı cəhənnəmə göndəriləcək,” – deyə, Nəbəvian hədələyib.
visiontv.az