Soyuqbulaq Kəşfiyyat İdarəsinin rəisi 2 mart tarixində hava hücumları zamanı öldürülüb
06.05.2026

Soyuqbulaq (Mahabad) Kəşfiyyat İdarəsinin rəisi Əsədullah Behzad Oxsarı kimi tanınan Hacı Behzad Rəsuli 2 mart tarixində baş tutan hava hücumları zamanı öldürülüb.

Bu hücum nəticəsində Soyuqbulaq Kəşfiyyat İdarəsinin binası ciddi şəkildə dağıdılıb və bir neçə əməkdaş həyatını itirib.

Məlumatlı mənbələr bildirir ki, o, öldüyü zaman eyni anda bir neçə mühüm vəzifəni — o cümlədən Qərbi Azərbaycan Kəşfiyyat İdarəsinin rəhbərliyini və vilayətdə təhlükəsizlik əməliyyatlarının komandanlığını — icra edirdi.

Siyasi məhbusların sözlərinə görə, Hacı Behzad Rəsuli Soyuqbulaqda və Qərbi Azərbaycanın bəzi bölgələrində demək olar ki, bütün mühüm təhlükəsizlik fəaliyyətlərində birbaşa iştirak edib.

visiontv.az