Təzyiqi salmaq, xərçəng və diabetdən qorunmaq üçün ƏN YAXŞI İÇKİ
30.07.2021

Qida mütəxəssisləri kakaonu insan sağlamlığı üçün ən faydalı içki hesab edirlər. Visiontv.az Food News portalına istinadla bildirir ki, alimlərin fikrinə görə, kakaonun müntəzəm istehlakı bəzi xəstəliklərin inkişafı riskini əhəmiyyətli şəkildə azalda bilər. Belə ki, flavonol antioksidantları ilə zəngin olan kakao qanda azot oksidinin miqdarını artırır. Azot oksidi damarları genişləndirir və onların sıxılmasını (spazm) azaldır ki, bu da arterial təzyiqi salmağa yardım edir.

Flavonollardan əlavə kakao ürək-damar sisteminin sağlamlığını qoruyan katexin və antosianlarla zəngindir.

Həmçinin kakaonun tərkibində olan antioksidantlar beyinin sağlamlığını və cavanlığını qoruyur, koqnitiv funksiyaları yaxşılaşdırır.

Journal of the American Society of Hypertension nəşrində dərc olunmuş elmi araşdırmada qeyd olunur ki, vaxtaşırı olaraq kakao içən insanların orqanizmində əmələ gələn xərçəng hüceyrələrinin sayı bu içkini heç vaxt içməyən insanlarla müqayisədə daha azdır. Alimlərin fikrinə görə, bunun səbəbi kakaonun tərkibində olan epikatexin və kversetin antioksidantlarıdır. Bu 2 maddə xərçəng hüceyrələrinin böyüməsini dəf edir, onların orqanizm boyu yayılmasının qarşısını alır, apoptoz (özü-özündən məhv olunması) prosesini stimullaşdırır.  Bu xüsusilə süd vəzi, mədəaltı vəz, prostat vəzi, qaraciyər, yoğun bağırsaq xərçənginə aiddir.

Kakao 2-ci tip şəkərli diabet xəstələri üçün çox faydalıdır. Flavonollar insulinə həssaslığını yaxşılaşdırır, diabetin orqanizmə olan mənfi təsirini azaldır və həmçinin bu xəstəliyi olmayan insanlarında diabetin riskini azaldır.  

Saglamolun.az