Tədrisi digər dillərdə keçirilən siniflər məktəb seçiminə başlayır
20.06.2021

Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, seçimlərə 24 iyun saat 11:00-dan başlanılacaq.  

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.