Tarixdə bu gün...
Tarixdə bu gün...
12.09.2022 MEDİA Tərəfindən

Təqvimi yenə də vərəqləyirik. 12 sentyabrda baş verən hadisələri, məşhur adların doğum və ölüm məlumatlarını xronoloji ardıcıllıqla sizinlə paylaşırıq.

Tarixi xatırlamaqda fayda var. Tarixin təqvimində  eramızdan əvvəl 490 - cı ilin bu tarixində Marafon döyüşü baş verib.1504 - cü ilin bu günü Xristofor Kolumb dünya səyahətinə başlayıb.1723 - cü ilin bu günü, Rus qoşunları Xəzərətrafı rayonları və Bakını işğal edib.1943 - cü ilin bu təqvimində Fransada 4 gənc, 17 min illik rəsmlər olan Lascuax mağarasını kəşf ediblər.1953  - cü ilin bu günü Xruşşov SSRİ-nin rəhbəri seçilib.1966  - cı ilin bu günü əslən Cənubi Azərbaycandan olan ABŞ vətəndaşı kosmosa gedən ilk qadın Ənuşə Ənsari anadan olub.1980 - ci ilin bu günündə Türkiyədə ordu hakimiyyəti ələ alıb. Cümhuriyyət tarixində 3 -cü dəfə ordu siyasi hakimiyyətə açıq şəkildə müdaxilə edib.

Bu gün Azərbaycan ədəbiyyatının istedadlı ədiblərindən biri Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.1887-ci il sentyabrın 12-də Şuşa şəhərində dünyaya gəlib. İlk təhsilini Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb. Yazıçının adı ilə bağlı olan ən məhşur əsər "Əli və Nino" - dur.

Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqi etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.

Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır. Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənənələrinə ömrü boyu sadiq qalacaq, Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban verəcək əsl azərbaycanlı vətənpərvər gənc Əli obrazını yaradır.

Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.

Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli olur.

Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə qarşılaşmaqdan çəkinir.

Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana yönəlməsi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində şəhid olur.

 

 

Hazırladı : Bünyamin Bünyadzadə

Visiontv.az