SOCAR “Caspian AI Institute”u təsis edərək istehsal obyektlərində mövcud avtomatlaşdırma texnologiyalarına daxildə inkişaf etdirdiyi süni intellekt modellərini əlavə edib.
SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, mürəkkəb texnoloji proseslərlə zəngin olan "SOCAR Karbamid" zavodunda süni intellektin istehsal proseslərinə tətbiqi nəticəsində 2024-cü ilin yekunları üzrə aşağıdakı nailiyyətlər əldə edilib:
- $13 mln dəyərində əlavə gəlir;
- 7 mln m³ təbii qaza qənaət;
- 1.5 mln kVt/saat elektrik enerjisinə qənaət;
- 70 min ton suya qənaət.
İlham Şaban
visiontv.az
