“Starlink” sistemlərinin sıradan çıxması rusların irəliləyişini dayandırıb
08.02.2026

Ukrayna KİV-ləri: “Starlink” sistemlərinin sıradan çıxması rusların irəliləyişini dayandırıb, bu da Ukrayna ordusuna uğur qazanmağa imkan verib.

Məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri (USQ) Kupyansk aqlomerasiya bölgəsində və Lıman istiqamətində müəyyən uğurlar əldə edib.

Eyni zamanda qeyd olunur ki, rus tərəfi bir sıra sahələrdə hücum əməliyyatlarını tamamilə dayandırıb.

Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır və daim dəyişir.

visiontv.az