NetBlocks: İranda internet kəsintisi 67 gündür davam edir
06.05.2026

NetBlocks-un son məlumatlarına əsasən, İranda internetə çıxışın məhdudlaşdırılması artıq 67-ci gününə daxil olub.

Dünyada internet azadlığını izləyən təşkilat bildirib ki, ölkədə davam edən məhdudiyyətlər fonunda VPN və peyk internet xidmətlərindən istifadə edən şəxslərə qarşı nəzarət və basqılar da gücləndirilib.

NetBlocks qeyd edir ki, internet kəsintisi və məhdudiyyətlər ölkədə informasiya axınına ciddi təsir göstərir və rəqəmsal əlaqə imkanlarını xeyli zəiflədir.

visiontv.az