National Interest: İran liderləri milyardları ofşor şəbəkələrdə gizlədir
06.05.2026

“The National Interest” nəşri İran hakimiyyətinin gəlirləri gizlətmək və beynəlxalq sanksiyalardan yayınmaq məqsədilə mürəkkəb maliyyə sxemlərindən istifadə etdiyini yazıb.

Məqalədə qeyd olunur ki, bu sxemlər neft gəlirləri də daxil olmaqla çoxmilyardlı pul axınlarını əhatə edir və həmin vəsaitlər İranın xarici siyasətinə, həmçinin hərbi proqramlarına yönəldilir.

Nəşrin yazdığına görə, İran rəsmiləri müxtəlif ölkələrdə yurisdiksiya dəyişikliklərindən, ofşor və “shell” şirkətlərindən istifadə etməklə maliyyə əməliyyatlarının izini itirməyə çalışırlar. Məqalədə bu fəaliyyətlər “çirkli pulların yuyulması üzrə master-klass” kimi xarakterizə olunur.

Yazıda Müctəba Xameneyinin geniş beynəlxalq şəbəkə vasitəsilə təxminən 3 milyard dollar dəyərində qiymətləndirilən sərvəti gizlətdiyi açıqlanıb.

visiontv.az