İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərində heç bir partiya parlament çoxluğunu təmin edə bilməyib. Seçkidən sonra baş nazir Binyamin Netanyahu sağçı hökumətin formalaşdırılmasına çağırıb. Onun rəqibi Qadi Ayzenkot isə seçicilərin uzun illərdir ölkənin başında duran Netanyahunu rədd etdiyini bildirib.
"Channel 12" telekanalının ekzit-poluna əsasən isə, Netanyahunun "Likud" partiyasının rəhbərlik etdiyi blok 52-49 hesabı ilə cüzi üstünlük qazanıb.
Tərəflərdən heç biri 120 yerlik Knessetdə çoxluq əldə etmək üçün gərəkən 61 mandatı toplaya bilməyib.
"Reuters" agentliyi yaranmış bu siyasi dalanın Netanyahunun xeyrinə işləyə biləcəyini yazır. Belə ki, o, uzun sürəcək koalisiya danışıqları dövründə, hətta yeni seçkilər keçirilənədək baş nazir vəzifəsini müvəqqəti icra edəcək.
İtamar Ben-Qvir və Bezalel Smotriçin rəhbərlik etdikləri ifrat sağçı dini partiyaların Netanyahunun bloku daxilində birlikdə 13 mandat qazanacağı proqnozlaşdırılır.
visiontv.az