İran Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – Traxtur oyunu ilə bağlı qərarını açıqlayıb. Qərara əsasən, meydan sahibi “Malavan”a 3:0 hesablı texniki qələbə verilib, lakin klub özü də ağır cəzalara məruz qalıb.
Qərara görə, Traxtur oyunun keçirilməməsinə görə 3:0 hesabı ilə məğlub elan edilib və 200 milyon tümən cərimələnib. Bundan əlavə, Traxtur azarkeşlərinin gələn mövsüm Ənzəlidə keçiriləcək bir oyuna girişinə qadağa qoyulub.
“Malavan” isə cari mövsümün xallarından iki xalın silinməsi, bir milyard tümən cərimə və iki ev oyununu yalnız qadın azarkeşlərin iştirakı ilə keçirmək cəzası alıb. “Malavan” azarkeşlərinin də Təbrizdə keçiriləcək bir oyuna buraxılmaması qərara alınıb.
Beləliklə, keçirilməyən oyunun nəticəsi Traxturun əleyhinə qeydə alınsa da, Qərarın maliyyə cəzaları istisna olmaqla, digər hissələri icra oluna bilər. Tərəflərin apellyasiya şikayəti vermək üçün qərarın bildirilməsindən sonra yeddi günü var.
visiontv.az