“Bir-iki həftəyə nələrin baş verəcəyini görəcəksiniz”
28.10.2026

ABŞ prezidenti Donald Tramp İranla bağlı yaxın həftələrdə mühüm hadisələrin baş verə biləcəyini bildirib.

Tramp Texas ştatının Lubbok şəhərində keçirilən seçki mitinqində çıxışı zamanı ABŞ-nin hərbi qüdrətini yenidən bərpa etdiyini deyib. O, Venesuela və İranı xatırladaraq, “Bir-iki həftəyə İranla bağlı nələrin baş verəcəyini görəcəksiniz”, – deyə bildirib.

ABŞ prezidenti, eləcə də İranla müharibənin çox qısa müddətdə başa çata biləcəyini vurğulayıb. Trampın sözlərinə görə, müharibənin nə vaxt bitəcəyi onun verəcəyi qərardan asılıdır.

visiontv.az