İran Biləsuvarında daşqın səkkiz kəndə ziyan vurub
28.10.2026

Son bir neçə gün ərzində Ərdəbil əyalətinin Biləsuvar rayonunda daşqınlar 8 kənddə fəsadlar törədib.

Bu haqda əyalət valiliyi məlumat yayıb.

Məlumata görə, daşqınlar əticəsində 121 yaşayış evi xəsarət alıb, 1000-dən çox davar tələf olub.

Təbii fəlakətin vurduğu ziyanın dəqiq araşdırılması və müəyyən edilməsi üçün işçi qrupunun yaradıldığı bildirilib.

visiontv.az