Ərdəbilli fəal həbs edilib
28.10.2026

Oktyabrın 27-də ərdəbilli fəal Nasir Rəzmcu həbs edilib.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Onun yaşadığı şəxsi mənzilində həbs edilərək naməlum yerə aparıldığı bildirilib.

Rəzmcunun həbs səbəbi və harada saxlanıldığı haqda açıqlama verilməyib.

Nasir Rəzmcu bundan əvvə 16 may tarixində Şərqi Azərbaycan Apelliyasiya Məhkəməsi tərəfindən "qanunsuz qrupa üzv olmaq" ittihamına görə 2 il 9 ay, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamına görə isə 3 il 7 ay həbs cəzasına məhkum edilmişdi.

visiontv.az