Rusiya Xarkova ballistik raketlərlə zərbə endirib, ölən və yaralananlar var
18.04.2025

Rusiya Ordusu Xarkova ballistik raketlərlə zərbələr endirib.

APA-nın “UNIAN“a istinadən xəbər verir ki, ilkin ehtimala görə, bir dinc sakin həlak olub, 57 nəfər yaralanıb.

Əhalinin sıx yaşadığı ərazilər hədəf alınıb.

Yaralıların arasında 5 uşağın olduğu açıqlanıb.

Zərbələrin təsirindən hündürmərtəbəli yaşayış binasının pəncərələri sınıb.

Visiontv.az