On altı dahi alimin adı vizual simvolla onun əsas ideyasına işarə edir
02.03.2026

On altı dahi alimin adı vizual simvolla onun əsas ideyasına işarə edir və adını onun əsas elmi ideyasına vizual kod kimi bağlayır. Simvolik və intellektual baxımdan necə də dəqiq dizayndır…

1.Pifaqor

Qırmızı üçbucaq Pifaqor teoremini – düzbucaqlı üçbucağın tərəfləri arasındakı münasibəti simvollaşdırır.

2.Arximed

“A” hərfinə vurğu Arximedin “Area” (sahə) hesablamalarına və həmçinin Arximed prinsipinə işarədir.

3.Nikolaus Kopernik

Adı Günəş mərkəzli dairənin içində verməklə Kopernikin Heliosentrik modeli – Günəşin mərkəzdə olduğu sistemə vurğu yapılır.

4.İsaak Nyuton

Hərflər arasında boşluq və alma təsviri. Bu, cazibə qanununa və məşhur alma əfsanəsinə işarədir.

5.Çarlz Darvin

Adın altından təkamül xətti kimi bir xətt çəkilib, hərflərdə dəyişiklik vurğulanır. Bu, növlərin dəyişməsi və təbii seçməni simvolizə edir.

5.Albert Eynşteyn

(mc²) Eynşteynin məşhur E=mc² kütlə–enerji ekvivalentliyinə istinaddır.

6.Demokrit

Qədim yunan əlifbası ilə yazılıb və atom təsvirləri əlavə olunub. Bu, atom nəzəriyyəsinə işarədir.

7.Evklid

Bucaq və paralel xətlər təsviri Evklid həndəsəsini göstərir.

8.Qotfrid Vilhelm Leybnits

İnteqral işarəsi (∫) və e, i, π simvolları diferensial və inteqral hesabına işarədir.

9. Kurt Gödel

Şəkildə “Göde…” yazılıb soyadı natamam yazılaraq, Gödelin məşhur natamamlıq teoreminə işarədir.

10.Maykl Faradey

Elektromaqnetizm və induksiya kəşflərinə işarədir.

10.Nils Bor

“O” hərfi atom orbitinə bənzər quruluşdadır. Bu, Bor atom modelini göstərir.

11.Volfqanq Pauli

Adın altında 1s² yazılıb. Bu, elektron konfiqurasiyası və Pauli qadağa prinsipinə işarədir.

12.Verner Heyzenberq

Adın sonundakı sual işarəsi qeyri-müəyyənliyi göstərir. Bu, Heisenbergin qeyri-müəyyənlik prinsipinə istinaddır.

13.Riçard Feynman

Adın ortasında diaqram xətti var. Bu, Feynman diaqramlarını simvolizə edir.

14.Norman Borlouq

Adın içindəki buğda sünbülü “Yaşıl inqilab” və kənd təsərrüfatı genetikası ilə bağlıdır.

15.Ceyms Uotson və Frensis Krek

Adlar birlikdə verilib. Bu, DNT-nin ikiqat spiral quruluşunun kəşfinə işarədir.

16.Ceyn Qudoll

Meymun silueti şimpanzelər üzərində apardığı tədqiqatları göstərir.

Bir bunu deyən yazı "PYTHAGORAS RCHIMEDES A pernicus Newt w ewt n DARWIN (mc²)instein Δημάκριτος (Demeertua) UCLID Böde... Jeiboiz eib(n)iz faraday BOHR pauți Heisenőer? FE NMAN Borlaug CR CR|CK+ CK Watson on GOODALL" şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az