ABŞ və İsrail İranın Natanz nüvə obyektinə zərbə endirib
02.03.2026

ABŞ və İsrail İranın Natanz nüvə obyektinə zərbə endirib.


Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bunu İranın  Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyindəki (AEBA) nümayəndəsi Rza Nəcəfi bildirib.

Rza Nəcəfi  ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücum etdiyini açıqlayıb.

O qeyd edib ki, ötən gün baş verən zərbələr nəticəsində xüsusilə Natanz nüvə obyektinə hücum edilib. Nümayəndə digər obyektlər barədə ətraflı məlumat verməyib.

visiontv.az