Qətər İran dronlarının enerji obyektlərini vurduğunu bildirir
02.03.2026

Qətər Müdafiə Nazirliyi ölkədə enerji ilə əlaqəli obyektlərə iki raket hücumu edildiyini və xəsarət alan və ya ölən olmadığını açıqlayıb.

"Raketlərdən biri Mesaied Elektrik Stansiyasına məxsus su anbarını, digəri isə QatarEnergy ilə əlaqəli Ras Laffan sənaye şəhərindəki enerji obyektlərindən birini hədəfə alıb", - deyə məlumatda bildirilir.

Nazirlik əlavə edib ki, "Hücum nəticəsində dəyən bütün zərər və itkilər müvafiq orqanlar tərəfindən qiymətləndiriləcək və rəsmi açıqlamalar daha sonra veriləcək".

visiontv.az