Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.
Visiontv.az xəbər verir ki, “general-mayor” ali hərbi rütbəsi verilən hərbçilərdən biri də Ağamir Əzizxan oğlu Sultanovdur.
Azərbaycan Silahlı Qüvvələrində xidmət aparan Ağamir Əzizxan oğlu Sultanov 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalı ilə təltif edilib.
Hərbi xidməti
Ağamir Sultanov 1994-cü ildə, leytenant qismində Azərbaycan Respublikasının III Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. 19 il sonra, 2013-cü ildə isə Ağamir Sultanov artıq polkovnik-leytenant qismində təltif edilib. O, İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb.
2016-cı ildə isə polkovnik Ağamir Sultanov Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə yenə İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.