Rusiyanın içində 30 nəfərin olduğu An-26 hərbi nəqliyyat və Su-34 qırıcı-bombardmançı təyyarəsi məhv olub
05.04.2026

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, təyyarə Krım üzərində planlaşdırılmış uçuş həyata keçirirdi və əlaqə kəsilib.

Rusiya Müdafiə Nazirliyi təyyarəyə heç bir "zərbə təsiri" olmadığını qeyd edib. Hadisənin baş verdiyi ehtimal olunan yerə axtarış-xilasetmə qrupları göndərilib.

Eyni zamanda Rusiya Su-34 təyyarəsini itirib

Daha əvvəl Rusiya qüvvələrinin Su-34 qırıcı-bombardmançı təyyarəsini itirdiyi bildirilirdi.

Təcavüzkar ölkədəki müharibə tərəfdarı ictimai qruplar təyyarənin dron hücumunu dəf edərkən qəzaya uğradığını ehtimal edirdilər. Pilotun öldüyü, şturmanın isə sağ qaldığı ehtimal olunurdu.

visiontv.az