Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb, faktla bağlı cinayət işi açılıb
03.04.2026

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.

 Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı    A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin  müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.

visiontv.az