Hidrozərbə və ya avtomobil suya girəndə niyə mühərrik sıradan çıxa bilər?
04.04.2026

Yağışdan sonra yollarda yaranan dərin su gölməçələri avtomobil mühərrikləri üçün gizli təhlükədir.

Mühərrik işləyərkən silindrlərə hava çəkilir, lakin suya daxil olduqda bu hava yerini su ilə əvəz edə bilər. Su isə sıxılmayan maddədir. Nəticədə porşen yuxarı hərəkət edərkən sıxıla bilməyən maye ilə qarşılaşır və mexaniki hissələrə böyük zərbə dəyir. Bu hadisə hidrozərbə adlanır. Belə vəziyyətdə şatun əyilə, klapanlar zədələnə və mühərrik tam sıradan çıxa bilər. Xüsusilə yüksək sürət bu riski ciddi şəkildə artırır.

Bir mətn şəkili ola bilər

Neandertal

visiontv.az