İranın ali rəhbəri Müctəba Xamenei Livan Hizbullahının baş katibi Nəim Qasıma məktub göndərib.
Məktubda Xamenei İranın “ABŞ və sionist düşmənə qarşı müqaviməti” dəstəkləməyə davam edəcəyini bildirib. O, qeyd edib ki, bu siyasət mərhum ali liderin və Hizbullahın keçmiş rəhbəri Həsən Nəsrullahın “tutduğu yol” əsasında davam etdiriləcək.
Xameneyi Nəim Qasımın göndərdiyi başsağlığı və sədaqət mesajına cavab olaraq bildirib ki, “ABŞ və İsrailə qarşı dözümlülük və müqavimət atasının əsas xüsusiyyətlərindən biri olub”.
Məktubda vurğulanıb ki, Qasım Süleymani və bir sıra yüksək rütbəli komandanların həlak olması bu yolun “düzgünlüyünün sübutu” kimi dəyərləndirilir.
Bundan başqa, ölkə daxilində və xaricdəki din xadimlərinə ayrıca müraciətlər ünvanlayan Xamenei, atasının ölümü ilə bağlı başsağlığı verdiklərinə görə onlara təşəkkür edib.
visiontv.az