OpenAI-ni idarə edəcək 34 yaşlı müsəlman qızının uğur hekayəsi
20.11.2023

ChatGPT neyro şəbəkəsinin yaradılmasının arxasında duran isimlərdən biridir Mira Murati.

1988-ci il Albaniya doğumlu bu gənc qadın tanınmış mexanika mühəndisi və Süni İntellekt tədqiqatçısıdır. 

Murati Tesla şirkətində Model X üzərində işləmiş, Leap Motion-da hərəkət tutma texnologiyaları ilə məsı üzərində çalışmış, ən sonda isə ChatGPT-ni inkişaf etdirən Süni İntellekt tədqiqat şirkəti olan OpenAI-a gələrək texniki direktor vəzifəsinə qədər yüksəlmişdir.

Bir neçə gün əvvəl OpenAI Sam Altmanın baş direktor vəzifəsini və direktorlar şurasını tərk etdiyini açıqladı. Onun yerini Mira Murati tutdu…

Bunları “russkiy sektor” sevdalıları valideynlərə və riyaziyyata önəm verməyənlər üçün yazdım. 
Yazdım ki, Dünyanın ən sirli və ən perspektivli şirkəti olan OpenAI-ni idarə edəcək 34 yaşlı bir müsəlman qızının uğur hekayəsini bir araştırsınlar. 

Ümid edirəm ki, Dostoyevskini orjinalda oxuyan Tolstoyevskilər ChatGPT-nin nə olduğunu bilirlər…

İbrahim Nəbioğlu

Visiontv.az